Azərbaycanda sayt rəhbəri saxlanıldı

Azərbaycanda sayt rəhbəri saxlanıldı
MEDIA
10:26 14.04.2022
377
Azərbaycanda sayt rəhbəri saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev məlumat verib.

O bildirib ki, "cenub.az" xəbər portalının rəhbəri Zaur Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR