Azərbaycanda şəhidin qardaşı dünyaya gəldi, onun adı qoyuldu

Azərbaycanda şəhidin qardaşı dünyaya gəldi, onun adı qoyuldu
SOSİAL
16:49 12.05.2022
603

Vətən müharibəsi şəhidi Elxan Rzayevin qardaşı dünyaya gəlib. Valideynləri yeni doğulan körpəyə qardaşının adını veriblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli məclisin deputatı Kamal Cəfərov özünün "Facebook" səhifəsində paylaşım edib.

"İkinci Qarabağ müharibəsi şəhidi Elxan Rzayev evin tək oğlu idi və nişanlı idi. Atası Aris dayı oğlunun toy mərasimi üçün də bütün hazırlığını görmüşdü. Elxan ali təhsilli idi, Qaraqaşlı kənd orta məktəbində informatika dərsi deyirdi. Hər bir şəhid ailəsində olduğu kimi, Elxanın da evində həmişə dərin hüzün var idi.

Bir neçə ay bundan əvvəl şəhidimiz Elxanın atası Aris dayı dedi ki, xoş xəbər var, yaxın zamanda Elxanın qardaşı dünyaya gələcək. Elxanın qardaşı aprelin 29-u dünyaya göz açdı və adını da Elxan qoydular. İnşallah adına da layiq övlad olacaq”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Elxan Rzayev Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub. Elxan Rzayev Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO