Tovuzda hamilə qadın amansızlıqla döyülüb.
Hadisə Tovuzun Köhnə Qala kəndində baş verib. Kənd sakini, 29 yaşlı Sevinc Allahverdiyeva müxtəlif bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qadına lazımi tibbi yardım göstrilib, vəziyyəti kafidir.
Səkkiz həftəlik hamilə qadın ərinin qohumları tərəfindən döyülüb. Hadisəni törədənlər Sevinc Allahverdiyevanın dünyasını dəyişmiş analarını təhqir etdiyini iddia ediblər və bu səbəbdən də onu döydüklərini deyiblər.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. /xezerxeber.az