Azərbaycanda şərab sexində partlayış

Azərbaycanda şərab sexində partlayış
SOSİAL
16:43 21.10.2016
1840

Xudat şəhərində partlayış qeydə alınıb.

Hadisə bu gün "Azərşərab" MMC-nin Xudat şəhərində yerləşən şərab sexində qeydə alınıb. Ümumi sahəsi 2000 kvadrat olan müəssisənin 100 kvadratmetrlik hissəsində olan partlayış nəticəsində müəssisənin bir divarı və yaxınlıqda yerləşən "Xudat" MMC-yə məxsus limonad sexinin 3 divarı uçub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Partlayışdan sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunublar. Partlayışın səbəbləri araşdırılır.

///APA
OXŞAR XƏBƏRLƏR