Azərbaycanda sərnişin avtobusu minik maşını ilə toqquşub - Yaralılar var

Azərbaycanda sərnişin avtobusu minik maşını ilə toqquşub - Yaralılar var
SOSİAL
14:13 26.11.2022
147
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun BAKU.WS-ə verdiyi məlumata görə, hadisə rayonun 5-ci küçəsində qeydə alınıb.

Sərnişin avtobusu ilə "Mercedes” markalı minik maşını toqquşub.


Hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gəliblər.

Sərnişinlərdən altı nəfəri - 1965-il təvəllüdlü Cümşüd Mustafayev, Eşqin Məmmədov (1995), Nazilə Eminova (1981), Əli Quliyev (1959), Xədicə Abdulayeva (1959) və Nüşabə Qasımova (1959) - xəstəxanaya aparılıb.

Onların xəsarətləri ciddi deyil, ilkin tibbi yardımdan sonra evə buraxılacaqlar.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR