Azərbaycanda Sibir soyuğu: Çovğun müşahidə edilir

Azərbaycanda Sibir soyuğu: Çovğun müşahidə edilir
SOSİAL
13:41 04.02.2026
769
Hazırda ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

"Fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub. Eyni zamanda, rütubətli Aralıq dənizi siklonunun təsiri ilə buludluluq artıb, yağış, bəzi yerlərdə sulu qar, qar yağması müşahidə olunur. Fərqli xüsusiyyətlərə malik hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosferdə təzyiq qradiyenti yüksəlib, qeyri-sabitlik müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə edilir. Hazırda Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/s-yə çatır”, - Gülnarə Abbasova qeyd edib.

Onun sözlərinə görə, müşahidə olunan küləkli hava şəraitinin fevralın 5-i səhərədək davam edəcəyi gözlənilir. Fevralın 4-dən 5-nə keçən gecə Abşeron yarımadasının bəzi ərazilərində havanın minimal temperaturun 0 dərəcədən mənfi 2 dərəcəyədək enməsi nəticəsində bəzi yolların buz bağlaması ehtimalı var. Eyni zamanda bölgələrdə də intensiv yağıntılar davam edəcək, əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
İyulun son günlərində bəxti gətirəcək 4 bürc
22:13 26.07.2026
İyulun son günlərində bəxti gətirəcək 4 bürc