Azərbaycanda silahlı insident - avtomobil atəşə tutuldu

KRİMİNAL
16:48 14.03.2022
385
Şəmkir rayonunda çay evində insident olub, avtomobil atəşə tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşının xuliqanlıq zəminində bir-birlərini döymələri, E.Nağıyevin ov tüfəngindən açdığı atəşin kənd sakini H.Həsənova məxsus "Mercedes-Benz” markalı avtomobilə dəyməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıblar.

E.Nağıyevdən qanunsuz saxladığı "İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR