Azərbaycanda silahlı insident – Evinə gələn qonaqları güllələdi

Azərbaycanda silahlı insident – Evinə gələn qonaqları güllələdi
SOSİAL
17:09 22.07.2019
2993
Biləsuvar rayonunda silahlı incident baş verib.

İyulun 20-də Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan E.Zeynalov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə oraya gəlmiş Sumqayıt şəhər sakinləri - bibisi oğlu C.Məmmədova və onun dostu N.İsmayılova xəsarət yetirib.
 
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Zeynalov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olan "İJ-27E” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır. 
 
publika.az
OXŞAR XƏBƏRLƏR