Azərbaycanda ŞOK: Çörəyin içindən siçovul nəcisi çıxdı – VİDEO

Azərbaycanda ŞOK: Çörəyin içindən siçovul nəcisi çıxdı – VİDEO
SOSİAL
18:47 08.02.2017
1027
Gəncədə baş verən hadisə həm istehlakçı, həm istehsalçı, həm də nəzarət qurumlarını diqqətli olmağa sövq edir. Belə ki, Gəncədə çörəyin içərisindən siçovul nəcisi çıxıb.

Bu iddia ilə şəhərdə yaşayan Türkiyə vətəndaşı Mahmud Şahin çıxış edir. O, çevik davranaraq aldığı məhsulun standartın tələb və normalarına uyğun şəkildə istehsal edilib-edilmədiyini müəyyənləşdirmək üçün aidiyyəti üzrə təqdim də edib.

Mahmud Şahin - şikayətçi: "Çörək aldım səhər yeməyi üçün. Çörəyi böldüm, mən hər zaman çörəyin içinə baxıram, gördüm ki, içində qara-qara şeylər var. Dərhal çörəyi apardım laboratoriyaya təqdim elədim. Mənə elə gəlir ki, məhsulun içərisindəki siçovul nəcisidir”.

Aldığı çörəyin içərisindən çıxan yad cismin şəkilləri ilə televiziyamıza müraciət etməkdə Türkiyə vətəndaşının bir məqsədi var. 

Mahmud Şahin - şikayətçi: "Mənim önəm verdiyim şey insan sağlığıdır. Bu rəsmən cinayətdir. Hər kəsin balası var, onu yeyib zəhərlənə bilərlər. Bunu mütəxəssislər də bilir ki, nəcis çörəyin içində qalan zaman zəhərlənmə verir. Yenə biz hardasa bilirik, əgər bu çörək uşağın əlinə düşsəydi, onu yeyərdi və sonu da heç yaxşı olmazdı. Bu məsələyə çox diqqət etmək lazımdır”.

Mahmud Şahin çörəyi Gəncədəki mağazalardan birindən alıb. Mütəmadi olaraq alış-veriş etdiyi marketdən gün ərzində 5 istehsalçıdan 10 çeşitdən artıq çörəyin alınaraq satışının həyata keçirildiyi barədə məlumat aldıq. Məhsul alınan zaman isə onun uyğunluq və gigiyenik sertifikatı sahibkardan tələb olunur. 

Şəlalə İsgəndərova - marketin inzibatçısı: "Bizim üçün də maraqlıdır belə neqativ halın aşkar edilməsi. Bizim dükanda ilk dəfədir ki, belə neqativ halla qarşılaşırıq. Yəni biz də istəyirik ki, bu məsələ aydınlaşsın və ortalığa nəticə çıxarılsın ki, neqativ hal hansı şəkildə ortaya çıxıb”.

Apardığımız araşdırma zamanı məlum oldu ki, adıçəkilən dükana standartın tələb və normalarına uyğun olmayan çörək məhsulu məhz şəhərin Sadılı qəsəbəsində Ələddin Quliyev küçəsində Fəxrəddin adlı şəxsə məxsus olan evində yerləşən sexdə istehsal olunub. Bununla bağlı sahibkarın mövqeyini öyrənməyə çalışsaq da qapını üzümüzə açan olmadı.

Mahmud Şahinin çörəyi laborator analiz üçün təqdim etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə ərazi İdarəsindən də mövqe öyrəndik. Və cavab aldıq ki, əgər aparılan müayinələr nəticəsində fakt öz təsdiqini taparsa qanunvericiliyə uyğun olaraq həmin sahibkarlıq subyekti haqqında ciddi tədbir görüləcək.

Türkiyə vətəndaşının içərisindən siçovul nəcisi çıxdığı iddia etdiyi çörəyin laborator nəticəsi bu həftə ərzində məlum olacaq. Qurumdan əhaliyə müraciət də var-bu kimi neqativ hallarla qarşılaşanlar dərhal aidiyyəti üzrə məlumat versinlər. Belə olan halda istehlakçının hüququ qorunar, istehsalçı isə layiqli cəzasını alar. (ARB)
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi