Azərbaycanda son 10 ilin mənzərəsi

SİYASƏT
13:45 05.08.2013
2557
Son 10 ildə Azərbaycanda iqtisadi sabitlik təminatlı şəkildə möhkəmlənib. Bu qənaəti təsdiqləyən göstəricilər bütün sahələri əhatə edir.
Ötən ilin yekunlarına görə, ölkədə qiymətlər cəmi 1,1% artıb ki, bu da son 10 ildə ən aşağı həddir. Azərbaycan manatı Cənubi Qafqazın ən dəyərli valyutası səviyyəsinə çatıb.
2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına bütün mənbələr hesabına 132 milyard ABŞ dollarına yaxın investisiya qoyulub ki, bunun da təxminən 64 milyard dollarlıq hissəsi xarici investisiyalar olub. Bununla belə, 10 il ərzində ölkənin xarici investorlardan asılılığı azaldılıb. 2008-ci ildən başlayaraq daxili sərmayələr xarici sərmayələri əhəmiyyətli dərəcədə üstələməyə başlayıb və ötən il bu fərq 5,15 milyard dollar təşkil edib.
Ölkədə sahibkarlıq subyektlərinin – qeydə alınmış hüquqi və fiziki şəxslərin sayı 2003-cü ildən bəri 2,3 dəfə artaraq 219 mindən 511 minə çatıb. “Doing Business-2009” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə olub.
2003-2012-ci illərdə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14,2 dəfə artaraq 1,221 milyard manatdan 17,282 milyard manata çatıb. Bu isə, Cənubi Qafqazdakı digər dövlətlərin, Gürcüstan və Ermənistanın dövlət büdcələrinin ümumi məbləğindən (5,2 milyard dollar + 3,4 milyard dollar) təxminən 3 dəfə çoxdur.
10 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları isə 29 dəfəyə yaxın artıb. Əgər 2003-cü ildə ölkənin ehtiyatında 1,6 milyard dollar var idisə, 2012-ci ilinin yekununda bu rəqəm 46 milyard dollara çatıb.
Strateji valyuta ehtiyatı hazırda 5 illik idxalı maliyyələşdirməyə imkan verir. /// Baku Post qəzeti 

OXŞAR XƏBƏRLƏR