Azərbaycanda son 6 ayda neçə iş yeri açılıb?

İQTİSADİYYAT
22:31 11.07.2012
2587

Azxeber.com-unAzTV-yə istinadən verdiyi məlumata görə, son 6 ayda ölkə iqtisadiyyatının inkişaf etdiyini və qarşıda duran vəzifələrin uğurla icra olunduğunu deyən prezident İlham Əliyev bu ilin 6 ayında ÜDM 1,5, qeyri-neft sektorunun 11,3 faiz artdığını bildirib. “Bu, dünya iqtisadiyyatında ən yüksək göstəricidir” deyən dövlət başçısı bundan sonrakı illərdə də əsas diqqətin bu sahənin inkişafına yönəldiləcəyini vurğulayıb. Bildirib ki, son 6 ayda sənaye istehsalının ümumi həcmi neft hasilatının aşağı düşməsi nəticəsində 3 faiz azalsa da, qeyri-neft sənayesinin inkişafı 8,3 faiz olub. Makroiqtisadi vəziyyət sabitdir, inflyasiya cəmi 2,2 faiz olub, əhalinin pul gəlirləri isə 14,2 faiz artıb. Kənd təsərrüfatında 10,4 faiz artım qeydə alınıb.  Prezident İlham Əliyev bu il şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırıldığını, operativ tədbirlər nəticəsində evlərini itirən insanlar üçün dövlət hesabına yeni mənzillərin tikildiyini deyib: “Bundan əlavə, Bakı və ətraf qəsəbələrdə dövlət proqramına uyğun olaraq böyük həcmli işlər gedir, infrastruktur layihələri icra olunur, sosial layihələr həyata keçirilir. Regional inkişaf proqramının icrası nəticəsində 6 ayda bölgələrdə 46 min yeni iş yeri yaradılıb ki, onlardan da 37 mini daimidir”.  Prezident əmək bazarında ilk növbədə Azərbaycan vətəndaşlarının işlə təmin olunmasının vacibliyinə diqqət çəkərək miqrantların ölkədə fəaliyyətinin tənzimlənməsi və bu sahədə qayda-qanunun yaradılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini bildirib. “Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir” deyən dövlət başçısı sovet dövründən qalan əmanətlərin qaytarılması və ünvanlı sosial yardımın verilməsi prosesinin davam etdiyini diqqətə çatdırıb.  Qeyd edib ki, bu, hökumətin yürütdüyü siyasətin sosial xarakterini gücləndirməyə xidmət edir. “Bizim siyasi, iqtisadi gücümüz diqtə edir ki, Azərbaycan əhalisi daha da artsın” deyən dövlət başçısı bildirib ki, ölkədə əhalinin sayı artıq 9,3 milyon nəfərə çatıb.  Prezident ölkənin beynəlxalq mövqelərinin gücləndiyini, tərəfdaşların sayının artdığını, xarici siyasətlə bağlı fəaliyyətin genişləndiyini də diqqətə çatdırıb. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz ədalətə və beynəlxalq prinsiplərə əsaslanır” deyən prezident danışıqlar prosesində müəyyən durğunluğun olduğunu deyərək “status-kvo”nun dəyişdirilməsinin vacibliyini diqqətə çatdırıb. Sonra maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər. İclasa prezident İ. Əliyev yekun vurub. Dövlət başçısı ilin sonuna qədər iqtisadiyyatda müsbət meyllərin daha da güclənəcəyinə əminliyini ifadə edib, inflyasiyanın səviyyəsinin və manatın məzənnəsinin qorunub saxlanması, iqtisadi islahatların daha da sürətləndirilməsi, biznes iqliminin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Bildirib ki, dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilələrinə tamamilə son qoyulmalı, elektron sistemə keçid sürətlə aparılmalı, ölkədə yeni sənaye parklarının və iri fermer təsərrüfatlarının yaradılması, köhnəlmiş sənaye müəssisələrinin paytaxtın mərkəzindən kənara köçürülməsi istiqamətində mühüm tədbirlər görülməlidir.  Bundan əlavə, bəzi kənd və qəsəbələrdə əhalinin içməli su ilə daha yaxşı təmin olunması, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, Azərbaycanın və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verən prezident TANAP layihəsinin əhəmiyyətindən danışıb.  Dövlət başçısı paytaxtda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təhsil müəssisələrinin tikintisi və yenidən qurulmasına dair tapşırıqlarını verərkən gələn ilin büdcəsinin sosial və investisiya yönümlü olacağını bildirib. Qeyd edib ki, indi Azərbaycanın strateji valyuta ehtiyatları 44 milyard dollardır və xarici dövlət borcu ÜDM-in 7 faizini təşkil edir.  Prezident bu ilin mayında keçirilən “Evrovizion” beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini və müsabiqə tarixində ən gözəl yarışmasının Bakıda baş tutduğunu bildirib. Dövlət başçısı müsabiqə ərəfəsində erməni lobbisinin və antimilli qüvvələrin iştirakı ilə dünyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı çirkin kampaniyanın təəssüf doğurduğunu vurğulayıb: “Biz güclüyük və bizim gücümüz xalqın dəstəyidir”. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq