Azərbaycanda son sutkada koronavirusa yoluxma 4 mini ötdü

Azərbaycanda son sutkada koronavirusa yoluxma 4 mini ötdü
SOSİAL
19:31 29.01.2022
332
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 1 486 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 651 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 672 nəfər müalicə olunaraq sağalıb, 8 700 nəfər vəfat edib. 19 969 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 091, bu günə qədər isə ümumilikdə 6 134 952 test icra olunub.
OXŞAR XƏBƏRLƏR