Azərbaycanda sosial mediada dezinformasiya yayanlar həbs edilə bilərmi? - AÇIQLAMA

Azərbaycanda sosial mediada dezinformasiya yayanlar həbs edilə bilərmi? - AÇIQLAMA
SOSİAL
13:35 14.10.2022
402
Türkiyədə sosial media ilə bağlı yeni qanun qüvvəyə minib. Qanun Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılıb. Qanunda diqqətçəkən bir neçə məqam da var. Belə ki, dezinformasiyaya qarşı mübarizə məqsədi ilə hazırlanan qanun təşviş, qorxu və çaxnaşma yaratmaq məqsədilə çaşdırıcı məlumat yayanlara 1 ildən 3 ilə qədər həbs cəzası verir. Şəxsiyyətini gizlətməklə və ya təşkilat çərçivəsində cinayət törədilibsə, cəza onun yarısı qədər də artırılacaq.

Məlumdur ki, müəyyən vaxtlarda sosial şəbəklərin Azərbaycan sektorunda da dezinformasiyaların yayılması müşahidə olunur. Hətta bu ötən ay "Tiktok” sosial platformasının bağlanmasına da səbəb oldu.

Bəs ölkəmizdə də belə bir qanun qüvvəyə minə bilərmi? Bizdə də dezinformasiya yayan şəxslər həbs cəzası ala bilərmi?

Milli Məclisin deputatı Rüfət Quliyev AZXEBER.COM-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, belə məsələlərdə baxmaq lazımdır ki, dezinformasiyadan nə qədər ziyan gəlirsə, ona uyğun qərar verilməlidir:

"İstənilən dezinformasiya insanın şəxsiyyətinə, ailəsinə təsir edə bilər. Dezinformasiya insanın həyatında, səhhətində problemlərə gətirib çıxara bilər. Baxın, son vaxtlar hərbi məsələlərlə əlaqədar sosial şəbəkələrdə dezinformasiyalar var, şəkillər, videolar yayırlar. Bunları məhdudlaşdırmaq lazımdır. İndi buna 3 il və ya bir il cəza vermək, yaxud bundan da bir az yumşaq olmaq, onu deyə bilmərəm. Amma hər bir dezinformasiyanın qədəri söhbəti var. Ondan gələn ziyan dövlət maraqlarına dəyə bilər, təhlükəsizlik maraqlarına dəyə bilər. Hansısa bir insana, ailəyə, yaxud dövlət qurumuna dəyə bilər. Bunlar ölçülüb-biçilməlidir. Buna fikir vermək lazımdır. Amma mən hesab edirəm ki, bu, düzgün fikirdir”. 

Deputat həmçinin əlavə edib ki, məhdudiyyət söhbəti olanda insanlar yanlış olaraq düşünürlər ki, sosail mediada aktiv iştirak edə bilməyəcəklər:

"Bu məsələlər qalxanda hamı nədənsə düşünür ki, məhdudiyyət qoyulanda insanlar aktiv formada iştirak edə bilməyəcək. Mən düşünürəm ki, belə deyil. Bu cür olanda da insanlar aktiv formada iştirak edir. Sadəcə olaraq, sən hansısa bir hadisə ilə bağlı rəy bildirə bilərsən, fikir bildirə bilərsən, tövsiyə edə bilərsən. Amma məsələ ki, feyk xəbərlərə gedib çıxanda burada çox asta olmaq lazımdır”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir