Azərbaycanda spirtdən zəhərlənən 4 nəfər öldü

SOSİAL
11:28 02.04.2020
1153
"Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Metil spirti” zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib, onlardan 4-ü ölüb”.

Bu barədə APA -nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Metil spirti” zəhərlənməsi ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də vətəndaşlara çağırış edib: "Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəli və yolverilməzdir. Çünki satışda olan və dezinfeksiya məqsədilə istifadə edilən, tərkibində bir atomlu spirtlər qrupundan etil spirti olan məhlullarda müvafiq farmakopeya məqalələrinin tələblərinə əsasən metil spirtinin – metanolun maksimum 200mkq/ml-ə qədər mövcud olması mümkündür. Metanolun daxilə qəbulu təhlükəlidir, belə ki, 5-10 ml ağır zəhərlənmə və korluq törətməyə qadirdir, 30 ml isə ölümcül ola bilər. Zəhərlənmə baş veribsə, intoksikasiya, ürək bulanması, qusma, şiddətli baş ağrısı, görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi, korluq kimi simptomlarla aşkar edilir. Bu cür zəhərlənmə insanın vəziyyətinin pisləşməsi ilə - sianoz (dərinin və selikli qişaların göyərməsi), nəfəs darlığı, genişlənmiş göz bəbəkləri, konvulsiyalar və tənəffüs çatışmazlığından ölümə səbəb ola bilər. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq!”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:28 04.06.2020

Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı

18:23 04.06.2020

Bu gündən Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

18:20 04.06.2020

ÜST rəsmisi Azərbaycanda yoluxmanın artmasının səbəbini açıqladı

18:08 04.06.2020

Daxili və xarici uçuşların bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA

17:49 04.06.2020

TƏBİB sədri özəl qurumlara müraciət etdi: İşçiləri 14:00-da buraxın!

17:47 04.06.2020

Başqa xəstəliklərdən ölənlərə pulla koronavirus arayışı verilir? OPERATİV QƏRARGAHDAN CAVAB

17:39 04.06.2020

Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA

17:37 04.06.2020

Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

17:35 04.06.2020

Qadağa günlərində insanlar dərmanı necə alacaq? - RƏSMİ CAVAB

17:22 04.06.2020

Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı - RƏSMİ

17:21 04.06.2020

TƏBİB sədri: "Həftəsonları qadağanın tətbiqi yetərli deyil"

17:19 04.06.2020

Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır

17:11 04.06.2020

Son Dəqiqə - Azərbaycanın hava limanları iyulun 1-ə qədər bağlı qalacaq

17:04 04.06.2020

Daha 262 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü

17:00 04.06.2020

Azərbaycanda nazirlər iclasa maska ilə getdi - FOTO

16:54 04.06.2020

“Əgər Prezident özü tibbi maska taxırsa, ...” - Partiya sədri