xari

Azərbaycanda sulfat turşusu istehsal ediləcək - VİDEO

İQTİSADİYYAT
13:25 19.01.2021
452

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bunun bariz nümunəsi kimi Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyevin təməlini qoyduğu sulfat turşusu istehsalı zavodunu nümunə göstərmək olar. 

"Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. 

Zavod ümumilikdə 1.5 hektar ərazini əhatə edəcək. Burada istehsal olunan sulfat turşusundan təbii mineral gübrələrin istehsalında, eyni zamanda neft və metallurgiya sənayesində istifadə olunacaq. Məhsullar "Made in Azerbaijan” brendi ilə həm daxili, həm də xarici bazara tədarük olunacaq.

 "Azərsulfat” MMC-nin direktoru Emin Quliyev bildirib ki, bu layihə üçün investisiya həcmi 10 milyon manat planlaşdırılıb: "İllik 20 min ton istehsal gücünə malik zavodun tikintisinə start verilib. Bizim məqsədimiz Azərbaycanda yerli bazarı tam nəzarətdə saxlamaqdır. Növbəti mərhələdə turşunun Gürcüstana və Rusiyaya ixracı planlaşdırılır”. 

Qeyd edək ki, Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı – Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulan və açılışı edilən müəssisələrin timsalında əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:35 28.02.2021

“General de Europe”: Azərbaycanlı qaçqınlar 27 il əvvəl qovulduqları torpaqlara qayıtmağı gözləyirlər

19:31 28.02.2021

“Azərişıq”dan smart kart ödənişi haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

15:46 28.02.2021

İraqda 6 hərbçi minalanmış avtomobilin partladılması zamanı həlak oldu

15:30 28.02.2021

Paşinyan Ermənistanda demokratiyanı küçədə müdafiə edəcək

15:10 28.02.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ə çatır

15:01 28.02.2021

Leyla Abdullayeva: Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir

14:45 28.02.2021

Amerikada həkim əməliyyat zamanı məhkəməyə qatılıb - VİDEO

14:24 28.02.2021

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad olunub

14:03 28.02.2021

“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur

13:55 28.02.2021

Leyla Abdullayeva: “Sumqayıt hadisələri Azərbaycana qarşı planlaşdırılmış təxribat idi”

13:19 28.02.2021

Ağdam rayonunun Eyvazxanbəyli kəndindən görüntülər - VİDEO

12:57 28.02.2021

Rusiyada daha 11 359 nəfərdə koronavirus aşkarlanıb

12:45 28.02.2021

Müdafiə Nazirliyi: "Əsgər təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub"

12:23 28.02.2021

Azərbaycanda ümimilikdə peyvənd olunanların sayı açıqlandı

12:09 28.02.2021

Dünyada koronavirusla bağlı bu günə olan STATİSTİKA

12:01 28.02.2021

Sabah hava yağıntılı olacaq, bəzi ərazilərə qar yağacaq