Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb

Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
İQTİSADİYYAT
13:54 14.07.2025
616

Unibank 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Ümumilikdə birinci yarım il ərzində ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin artırılması, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edilib. 

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq, 475 milyon manata çatıb və kredit portfelindəki payı 41%-i ötüb. Biznes portfelin tərkibində mikro kreditlərin də payında kəskin artım qeydə alınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında 40 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 108 milyon manat təşkil edib.

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: Bottom of Form

"2025-ci ilin ilk yarısı Unibank üçün davamlı inkişaf və strateji sabitliyin möhkəmləndiyi dövr oldu. Müştəriyönümlü yanaşmamız, rəqəmsal bankçılığın daha da təkmilləşdirilməsi və daxili idarəetmə sistemlərində aparılan optimallaşdırmalar nəticəsində əhəmiyyətli nəticələr əldə etdik. Qarşımızda duran əsas hədəf – innovativ, şəffaf və inklüziv maliyyə mühiti yaratmaqdır. İlin ikinci yarısında bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməyi və ölkəmizin sosial-iqtisadi inkişafına daha çox töhfə verməyi planlaşdırırıq.”

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 24%, sayı isə 30% artıb. İkinci rübün sonuna nağdsız əməliyyatların həcmi 6,9 milyard manatı, sayı isə 214 milyonu ötüb.

Bankın müştəri bazası ötən il ilə müqayisədə 9% artdığı üçün ümumi müştəri sayı 2,1 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36%, hüquqi şəxslərin sayı isə 20 %-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin 68 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb.

Bankın məcmu gəlirlərinin cəmi 178 milyon manata çatıb. Hesabat dövründə əməliyyat mənfəəti 25 milyon manata yaxınlaşıb, xalis mənfəət isə 6,9 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında da artım davam edib. Məcmu kapital 14% artaraq, 192 milyon manata çatıb, aktivlərin həcmi isə 129 milyon manat artaraq 1,8 milyard manatı ötüb.

Bank ilk yarım il ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 iyun 2025-ci il tarixə 13,55 % təşkil edib.

Unibank – Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb