Azərbaycanda süni intellektlə bağlı qanun hazırlanır – Hansı yeniliklər olacaq?

Azərbaycanda süni intellektlə bağlı qanun hazırlanır – Hansı yeniliklər olacaq?
SOSİAL
16:17 10.04.2026
647
Azərbaycanda süni intellektlə bağı qanun layihəsi hazırlanır.

Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib. O qeyd edib ki, hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir.

Aİ mütəxəssisi Kamran Əsədullayev AZXEBER.COM-a açıqlamasında deyib ki, süni intellektlə bağlı qanun adətən bir sıra məsələləri tənzimləyir:

"Məlumatların qorunması (şəxsi məlumatların AI tərəfindən istifadəsi), etik qaydalar (deepfake, saxta kontent və manipulyasiya), məsuliyyət (AI səhv qərar verərsə kim cavabdehdir), biznes və innovasiya (startaplar və şirkətlər üçün qaydalar)

Dövlət nəzarəti və təhlükəsizlik məsələlərini tənzimləyir. Süni intellekt sürətlə inkişaf edir və qanunvericilik olmadan saxta xəbərlər və deepfakelər arta bilər. Şəxsi məlumatların sui-istifadəsi riski yüksəlir”.

O qeyd edib ki, bu qaydanın Azərbaycanda qəbulu çox yaxşı olardı:

"Bu qanunun Azərbaycanda qəbulu Avropa standartlarına (məsələn, EU AI Act) uyğunlaşmaq, rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək
eyni zamanda təhlükəsizlik və etik balans yaratmaq üçündür. 
Bu təşəbbüs həm texnologiya sahəsində çalışanlar, həm də adi istifadəçilər üçün mühüm dəyişikliklər gətirəcək. Xüsusilə IT sahəsində çalışanlar üçün bu qanun gələcək layihələrə və iş proseslərinə birbaşa təsir edə bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR