Ötən il Azərbaycanda 392 qadın süni mayalanma (ekstrakorporal mayalandırma) ilə uşaq dünyaya gətirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib.
Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır:
"Həmçinin ekstrakorporal mayalandırma nəticəsində 2021-ci ildə 391, 2022-ci ildə 395 qadınının hamiləliyi doğuşla başa çatıb".