Azərbaycanda süni mayalanma pulsuz ola bilər

Azərbaycanda süni mayalanma pulsuz ola bilər
SAĞLAMLIQ
17:47 06.03.2024
626
Sonsuzluqdan əziyyət çəkən insanların süni mayalanma əməliyyatının təxirə salınmadan icbari tibbi sığorta xidmətlər zərfinə daxil edilməsi təklif olunur.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda qeyd edilib ki, bu sahədə mövcud normativ-hüquqi baza yeniləndikdan sonra süni mayalanma xidmətinin icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində təminata alınması məsələsina baxıla bilər.
OXŞAR XƏBƏRLƏR