Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 17-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada və süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 146, süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı isə 29 nəfərdir.
Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan 4 783 nəfər aktiv xəstə var.