Azərbaycanda sürücülər türk şirkətinin 100 min manatlıq maşınını oğurladı - TƏFƏRRÜAT

Azərbaycanda sürücülər türk şirkətinin 100 min manatlıq maşınını oğurladı - TƏFƏRRÜAT
SOSİAL
15:57 28.10.2022
286
Xocəvənddə "Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycanda nümayəndəliyinin sürücüləri şirkətə məxsus yük avtomobilini oğurlayıblar.

AZXEBER.COM qaynarinfo-ya istinadən xəbər verir ki, "Kolin” şirkəti Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində yolun çəkilişi ilə məşğuldur.

Əvvəlcədən əlbir olan bir qrup şəxs yolun çəkilişində istifadə edilən, qiyməti 100 min manatdan artıq olan "Howo” markalı yük maşınını ələ keçiriblər. Məlum olub ki, yük maşınını şirkətin Elnur adlı sürücüsü və onun İsmayıl adlı bacanağı oğurlayıb. Bu işdə onlara "Shachman" markalı yük maşını ilə müxtəlif rayonlardan Şuşa şəhərinə qum və digər tikinti materialları daşıyan "Azərenerji"də sürücü işləmiş Həci adlı şəxs də kömək edib.

2 aprel 2022-ci il tarixdə, saat 06.00 radələrində Həcinin vasitəsi ilə yük maşınının nömrəsini dəyişdirərək Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 63-cü kilometrliyindəki dayanacaqdan qaçırıblar.

Hadisəyə görə şirkətdə çalışan digər sürücülər də istintaqa çalğırılıb və şahid kimi ifadələri alınıb.

Oktyabrın 21-də Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində 1989-cu ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş Elnura Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Onun 1981-ci il təvəllüdlü İsmayıl adlı bacanağı Cinayət Məcəlləsinin 62, 66.3 və 185.2.1-ci maddəsi tətbiq edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

1987-ci ildə Laçın rayonu Minkənd kəndində anadan olmuş Həciyə isə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Hər üç şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”