Azərbaycanda sürüşmə-uçqun oldu: bir neçə yerdə sürüşmə sahələri yarandı

Azərbaycanda sürüşmə-uçqun oldu: bir neçə yerdə sürüşmə sahələri yarandı
SOSİAL
15:24 02.10.2017
1713

Azərbaycanda sürüşmə sahələrində mövcud vəziyyət açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Apa-ya deyib ki, Zığda lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmənin dinamikasında nisbi aktivlik qeydə alınıb.
 
Onun sözlərinə görə, son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən Günəşli yaylasında çökmə sahəsi nisbi aktivləşib: "Masazırda Mirzə İbrahimov küçəsi boyunca təbii amillərin təsirindən sürüşmə sahəsində və Masazırda "Zəli gölü" adlanan ərazidə təbii - texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunur. Son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən isə Hökməlidə, Nubar qəsəbəsindəki sürüşmə sahəsində aktivlik baş verib".
 
Ə. Qaralov bildirib ki, Astarada Kijəbə sürüşmə sahəsində, rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb: "Lənkəran-Lerik yolunun 27-29-cu kilometrliyində uçqun - sürüşmə prosesi nisbi aktivləşib, yolboyu yamacda bir neçə yerdə yeni uçqun hadisələri baş verib. Hazırda sürüşmə sahəsində aktivlik davam edir. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik müşahidə olunub. Lerik - Qosmalyan - Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsi aktivləşib. Lənkəran - Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik baş verib, sürüşmə sahəsində müxtəlif ölçülü çatların əmələ gəlməsi müşahidə edilib. Masallıda, Güllütəpə sürüşmə sahəsinin isə parametrləri artıb. Cəlilabadda, Sadatlı sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb. Cəlilabad - Cəngan - Soltankənd avtomobil yolunun 17-ci km-dəki sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım baş verib".
 
Gədəbəydə Pirdağ, Daşkəsəndə Alunitdağ sürüşmə sahələrində nisbi aktivliyin baş verdiyi vurğulayan ekspedisiya rəisi qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-də sürüşmə sahəsinin parametrləri nisbi artıb və yolboyu bir neçə yerdə yeni uçqun hadisəsi baş verib:  "Siyəzəndə Sədan sürüşmə sahəsi aktivləşib, sürüşmənin parametrlərində artım qeydə alınıb. Şabranda Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir, sahədəki çatların ölçüləri genişlənib. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə aktivləşib, bir neçə yerdə yeni uçqun - töküntü hadisəsi baş verib".
 
ETSN rəsmisi qeyd edib ki, Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur: "Artıq sürüşmə sahəsi qaş hissəyə doğru genişlənməkdədir. Bakı - Şamaxı avtomobil yolunun 106 - 111-ci kilometrliyində isə sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmənin parametrləri ciddi şəkildə artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində də sürüşmə aktivləşib, nəticədə uçqun-töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yolboyu yeni lokal sürüşmə sahələri əmələ gəlib. Şamaxıda Muğanlı sürüşmə sahəsində çatların ölçüləri qismən genişlənib. Şamaxının Çuxuryurd-Qızmeydan avtomobil yolu sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb, yolboyu yola paralel müxtəlif ölçüdə yeni çatlar yaranıb. Ağsuda Gürcivan, Sanqalan sürüşmə sahələrində, Muğanlı - İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində atmosfer yağıntılarının təsirindən sürüşmənin dinamikasında aktivlik qeydə alınıb. İsmayıllıda İstisu sürüşmə sahəsində də nisbi aktivlik müşahidə edilib, mövcud çatların ölçüləri artıb".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı