Azərbaycanda taksidə siqaret çəkən şəxslər cərimələnəcəklər

Azərbaycanda taksidə siqaret çəkən şəxslər cərimələnəcəklər
SOSİAL
11:42 01.10.2018
3962

Azərbaycanda taksidə siqaret çəkən şəxslər cərimələnəcəklər.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsulları, o cümlədən siqaret çəkənlər 40 manatdan 50 manata qədər məbləğdə cərimələnəcəklər.

 

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Qanunun qüvvəyə minəcəyi tarix yaxın vaxtlarda məlum olacaq.

OXŞAR XƏBƏRLƏR