Azərbaycanda təcili yardım maşını aşdı - 5 nəfər xəsarət aldı

Azərbaycanda təcili yardım maşını aşdı - 5 nəfər xəsarət aldı
SOSİAL
15:16 08.11.2018
4785
Sabirabad rayonunda yol qəzası baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun Xankeçən kəndi ərazisində qeydə alınıb.

Belə ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (TTTYS) Salyan Regional Məntəqəsinə məxsus "UAZ” markalı avtomobil Şirvandan geri qayıdarkən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Hacıqabul rayon sakinləri, 1962-ci il təvəllüdlü Mərziyyə Məlikalı qızı Məlikova, onun qardaşı, 1960-cı il təvəllüdlü Rəhim Məlikalı oğlu Məlikov, Salyan rayon sakini, 1961-ci iltəvəllüdlü İsa Əjdər oğlu İsmayılov, Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Güllüqız Qoca qızı Məlikova və 1962-ci il təvəllüdlü Gülnarə İmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR