Azərbaycanda telekanallara lisenziya verilməsinin yeni qaydaları hazırlanır

Azərbaycanda telekanallara lisenziya verilməsinin yeni qaydaları hazırlanır
MEDIA
16:10 12.04.2013
1230
Telekanallara lisenziya verilməsinin yeni qaydaları hazırlanır.Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, rəqəmsal yayıma keçidlə əlaqədar bəzi texniki məsələlər ortaya çıxır. Bunları hüquqi cəhətdən tənzimləmək lazımdır: “Əvvəllər Azərbaycanda hər televiziya kanalı ayrıca tezlikdə yayımlanırdı. İndi isə hər telekanalın öz tezliyi olmayacaq. Ümumrespublika yayımçıları olan telekanallar bir tezlikdə yayımlanacaq. Bu məsələni beynəlxalq praktikaya uyğun olaraq həyata keçirmək istəyirik. Lisenziyaların verilməsinin yeni qaydaları ilə bağlı Şuranın hüquq və beynəlxalq şöbələri iş aparır. Telekanalların lisenziya müddətləri davamlı şəkildə uzadılmalıdır. Amma biz indi bunları uzatsaq, rəqəmli yayıma keçəndə təzədən dəyişməli olacağıq. Ona görə də telekanallara lisenziya verilməsi və müddətinin uzadılması müvəqqəti olaraq təxirə salınıb”.

N. Məhərrəmli deyib ki, qaydaya görə, bir tezlikdə 12 telekanal yayımlana bilər: “Türkiyənin TRT kanalı ilə birlikdə ümumrespublika yayımçıları bir sosial paket kimi bir tezlikdə yayımlanacaq. Gələcəkdə ümumrespublika yayımçısı olan kanalların sayı artacaqsa, artıq bir tezlik yox, iki tezlik olacaq. Hər tezlikdə də müəyyən qədər kanallar yayımlanacaq. Regional kanallar üçün ayrıca tezliklər olacaq. Cənubda bir regional kanal var. O kanal üçün ayrı tezlik, Sumqayıtdakı kanal üçün ayrıca tezlik olacaq. Quba-Xaçmaz regionundakı regional kanallar birləşib bir, Gəncəbasar zonasındakı televiziya kanalları isə bir tezlikdə olacaq”.

Şura sədrinin sözlərinə görə, analoq yayım dayandırılandan sonra ölkə ərazisində xeyli tezlik boş qalacaq: “Gələcəkdə bu tezliklərdən necə səmərəli istifadə olunması müəyyən olunacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu