Azərbaycanda tərbiyəsizlik: Təcili tibbi yardım operatorunu ələ saldılar - VİDEO

Azərbaycanda tərbiyəsizlik: Təcili tibbi yardım operatorunu ələ saldılar - VİDEO
SOSİAL
12:36 19.05.2022
794
Azərbaycanda tərbiyəsizlik edən gəncləri sosial şəbəkə istifadəçiləri qınayıblar.

Görüntülər sosial şəbəkədə yayılıb.

Gənclər Təcili Tibbi Yardım Xidmətinin "103” xidmətinə zəng edərək əsassız müraciət ediblər.

Onlar: "Dostum siqaretini içinə (nəfəsinə) çəkərkən ürəyi gedib, yıxılıb”, - deyərək Xidmətin operatorunu ələ salıblar.

Operator bir neçə dəfə müraciəti təkrar soruşduqdan sonra onlara bu hərəkətlərinə görə irad tutub.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Sözügedən görüntüləri təqdim edirik:
 
///Oxu.Az
 

OXŞAR XƏBƏRLƏR