Azərbaycanda toy karvanında ağır qəza: Ölənlərin adları açıqlandı

Azərbaycanda toy karvanında ağır qəza: Ölənlərin adları açıqlandı
SOSİAL
14:45 09.01.2023
258
Ağcabədi rayonunda toya gedənlər avtomobil qəzasına düşüb, üç nəfər ölüb.

Hadisə Mingəçevir-Bəhramtəpə yolunun rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil "Mercedes Atego” markalı yük maşınına çırpılıb. Nəticədə VAZ-da olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən vəfat edib.

Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəyə VAZ-2107-nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılması səbəb olub.

Dəhşətli qəzaya düşən ailə üzvləri Beyləqan istiqamətində toya gedirmişlər.

Faktla bağlı araşdırmalar aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR