Azərbaycanda toy yasa döndü - Məclisdən çıxarkən...

Azərbaycanda toy yasa döndü - Məclisdən çıxarkən...
SOSİAL
23:40 04.11.2023
839
Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb.

Xaçmaz rayon sakini, 59 yaşlı Nigar Səfərəliyevanı VAZ markalı avtomobil vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.

İlkin məlumata görə, hadisə N.Səfərəliyeva Ağalıq kəndində toy məclisindən çıxan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR