Azərbaycanda tragikomik hadisə: Viski oğurlayarkən bıçaqlandı, polisə şikayət etdi

Azərbaycanda tragikomik hadisə: Viski oğurlayarkən bıçaqlandı, polisə şikayət etdi
SOSİAL
09:59 13.04.2020
1321
Gəncə şəhərində maraqlı hadisə baş verib. 

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumatına görə, oğurluq edən şəxs polisə müraciət edərək, başqa bir cinayət barədə şikayət verib.

Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Zeynalov müraciəti zamanı bildirib ki, şəhərdə yerləşən marketlərdən birindən viski oğurlamağa cəhd edib. Bu zaman marketin əməkdaşları onu tutublar.

O iddia edib ki, tanımadığı şəxs (və ya şəxslər) tərəfindən ayaq nahiyəsindən bıçaqlayıb. 

Onun kim tərəfindən bıçaqlandığı hələlik müəyyən edilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR