“Azərbaycanda turizm qiymətləri çox bahadır”- Deputat

“Azərbaycanda turizm qiymətləri çox bahadır”- Deputat
SİYASƏT
14:31 06.07.2023
463
"Regionlarda rəqabətin güclənməsi qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq”

Bunu AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov ölkəmizdə turizm obyektlərinin qiymətini bahalığından danışarkən deyib.

O bildirib ki, xüsusən yay mövsümündə turizm sektorunda qiymətlərin artması müşahidə edilir: 

"Bunun əsas səbəblərindən biri regionlarda turizmdə rəqabətin zəif olmasıdır. Regionlarda turizm obyektlərinin sayı çox deyil. Daha çox komfort və 5 ulduzlu hotellərin inşası həyata keçirilir. Burda isə yüksək qiymət, əksər hallarda aşağı keyfiyyət müşahidə olunur. Bu istiqamətdə vəsaitin ayrılmasına, dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var. Regionlarda iki, üç ulduzlu, ulduzsuz hotellerin sayını artırmaq lazımdır ki, rəqabət güclənsin. Rəqabətin güclənməsi qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR