Azərbaycanda turizm şirkətləri çıxılmaz vəziyyətdə: Əlavə 65 dolları müştəridən necə alsınlar?

Azərbaycanda turizm şirkətləri çıxılmaz vəziyyətdə: Əlavə 65 dolları müştəridən necə alsınlar?
SOSİAL
15:49 29.04.2026
797
Xəbər verdiyimiz kimi, Azərbaycan turizm sektorunda ciddi narazılıq dalğası yaranıb.

Türkiyə uçuşları üzrə inhisarçı mövqedə olan "Summer Tour Azərbaycan” MMC şirkəti artıq satılmış və müştərilərə təqdim edilmiş tur paketləri üzrə sonradan əlavə ödəniş tələb etməyə başlayıb. Söhbət hər turist üçün əlavə 65 ABŞ dolları məbləğindən gedir. Şirkətin yaydığı elana əsasən, indiyədək satılmış və artıq pulu ödənilmiş Türkiyə turları üzrə hər bir səyahətçi üçün 65 dollar əlavə ödənilməlidir. 

Şirkətin yaydığı rəsmi məlumatda bildirilib ki, bu tələb indiyədək satılmış və tam ödənişi edilmiş tur paketlərinə də şamil edilir.

Məsələ turizm bazarında fəaliyyət göstərən digər şirkətlərin narazılığı ilə qarşılanıb. Bir sıra turizm şirkətləri birgə bəyanat yayaraq bu addımı biznes etikası və müştəri hüquqlarına zidd hesab etdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, yeni qaydalar yalnız gələcək satışlara tətbiq olunmalı, əvvəlcədən bağlanmış və ödənişi tamamlanmış müqavilələrə şamil edilməməlidir.
 


Turizm eksperti Ceyhun Aşurov AZXEBER.COM-a açıqlamasında bildirib ki, artıq ödənilmiş məbləğlərin üzərinə sonradan əlavə ödənişin tələb olunması biznes etikasına uyğun deyil:

""Summer Tour Azərbaycan” MMC-nin bu cür yanaşması turizm şirkətləri arasında haqlı narazılığa səbəb olub. Faktiki olaraq erkən rezervasiya ilə artıq ödənilmiş məbləğlərin üzərinə sonradan əlavə ödənişin tələb olunması biznes etikasına uyğun deyil. Adətən belə dəyişikliklər yalnız həmin qərardan sonrakı satışlara şamil edilir. Qeyd etmək lazımdır ki, turizm şirkətləri bu satışlardan yüksək komissiya əldə etmirlər. Tam paket satmış şirkətlərin sonradan müştərilərə vəziyyəti izah edərək əlavə ödəniş tələb etməsi isə olduqca çətin məsələdir. Bu hal turizm şirkətləri ilə müştərilər arasında formalaşmış etibar münasibətlərinə ciddi zərbə vurur”.

Ekspert qeyd edib ki, bu məsələyə aydınlıq gətirilməlidir:

"Bu məsələyə aydınlıq gətirilməli və tərəflər arasında ortaq həll yolu tapılmalıdır. Belə qaydalar tətbiq olunduqda, adətən əvvəlki dövrdə bağlanmış müqavilələrə şamil edilmir. Mövcud vəziyyətdə isə əlavə məbləğin ya müştərilər, ya da turizm şirkətləri tərəfindən ödənilməsi tələb olunur ki, bu da bir sıra suallar doğurur. Nəticə etibarilə, bu cür yanaşma müştəri məmnuniyyətini azaldır və turizm şirkətləri üçün sərfəli hesab olunmur”.
 


İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, əgər müqavilə bağlandıqdan sonra qiymət artırılıbsa, vətəndaş məhkəməyə müraciət edə bilər:

"Belə ödənişlər müştəri ilə tur satan tərəf arasında bağlanmış razılaşmaya əsasən həyata keçirilir. Əgər müqavilə bağlandıqdan sonra qiymət artırılıbsa, vətəndaş məhkəməyə müraciət edə bilər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əsasən, bu cür hallar hüquqi məsuliyyət yarada bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir