Azərbaycanda üç uşaq anası itkin düşüb

Azərbaycanda üç uşaq anası itkin düşüb
SOSİAL
12:31 13.04.2022
286
Masallı rayonunda üç uşaq anası itkin düşüb.

Rayonun Təzə Alvadı kənd sakini, 2001-ci il təvəllüdlü Ş.Əkbərli aprelin 12-də səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb. 

Onun üç uşağı var. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, həmin şəxsin yaşadığı evi tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub:

"Hazırda həmin şəxsin tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR