Cəlilabad rayon Muğan kəndində yaşayan Ərzuman Əliyevin təsərrüfatında maraqlı hadisə baş verib.AZXEBER.COM-un məlumatına görə, bir müddət əvvəl onun təsərrüfatındakı iribuynuzlu heyvanlardan biri qeyri-adi buzov doğub. Buzovun başındakı iki qulaqdan savayı onun bel nahiyyəsində də kiçik qulaqcığı var.Lakin baş nahiyyəsindəki qulaqlardan fərqli olaraq buzovun III qulaqcığının ölçüsü nisbətən kiçikdir. Bu qulağını normal hərəkət etdirə bilmir. Tam saglam olan buzovun qidalanması da normaldır.Mütəxəssilərsə hesab edir ki, təbiətdə analoji hadisələr irsi dəyişkənlik nəticəsində baş verən anomalist prosesdir. Bu kimi təsadüfi hallar təbiətdə ekoloji tarazlığın pozulması nəticəsində yarana bilir.