Azərbaycanda ünvanlı sosial yardımın məbləği 10 % artırılır

Azərbaycanda ünvanlı sosial yardımın məbləği 10 % artırılır
İQTİSADİYYAT
11:15 30.10.2023
250
Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manat olacaq.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu, Hesablama Palatasının "2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
 
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 % çoxdur.
 
Ünvanlı sosial yardıma paralel olaraq ehtiyac meyarı da eyni məbləğdə artırılaraq 270 manata çatdırılır.
OXŞAR XƏBƏRLƏR