Azərbaycanda uşaqlar kütləvi vaksinasiya olunacaq? - RƏSMİ

Azərbaycanda uşaqlar kütləvi vaksinasiya olunacaq? - RƏSMİ
SOSİAL
10:33 07.10.2021
432
Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulacaq.

AZXEBER.COM xəbər verir ki, lakin bəzi uşaqların vaksin vurdurması məsləhət görülmür.

"ABR 24”də yayımlanan "İşgüzar səhər” verilişində qonaq olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov bu məsələ ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Onun sözlərinə görə, ilk növbədə müəyyən dərman preparatları qəbul edən uşaqların valideynləri həkimlə məsləhətləşməlidirlər ki, həmin uşaqlara vaksin vurula bilər, yoxsa yox: "Buna nisbi əks göstəriş deyilir. Eyni qayda böyüklərdə də tətbiq olunur".
 

OXŞAR XƏBƏRLƏR