"TEAS PRESS" nəşriyyat evi yeni məhsulunu, uşaqlar üçün "Qaranquş" adlı jurnalı satışa çıxardı.
Jurnalın baş redaktoru Aysel Zahidqızı AZXEBER.COM-a açıqlamasında məktəbə qədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan jurnalda maraqlı hekayələr, məqalələr, oyunlarla yanaşı, ingilis dilində mövzulara da yer verildiyini deyib.
44 səhifəlik jurnalın ərsəyə gəlməsində Azərbaycanın tanınmış uşaq yazarlara bir araya gəlib. Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur. O jurnal boyu oxuculara məlumatlar verir. "Qaranquş" uşaq jurnalı aylıq dərc olunacaq və qiyməti 4 AZN-dir.
Jurnala abunə də mümkündür.