Cari ilin ilk 9 ayı ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Teleqraf"ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oğlan uşaqlarına ən çox Uğur, Raul, Hüseyn, Əli, Yusif, Miran, Ömər, Ayxan, Tunar, Murad adları qoyulub.
Qız uşaqlarına isə valideynlər Melisa, Zəhra, Zeynəb, Məryəm, Aylin, Nilay, Ayla, İnci, Alisa, Fatimə adlarını qoymağa üstünlük veriblər.