Daxili İşlər Nazirliyi (DİN) atasını qətlə yetirən, anasını isə ağır yaralayan şəxslə bağlı açıqlma yayıb.
AZXEBER.COM DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 24-də Tərtər rayonunun Bayandur kəndində kənd sakini, ruhi xəstə Arzuman Vəliyev atası Rasimə və anası Gülgəzə bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş Rasim Vəliyev orada ölüb.
Anası Gülgəz Vəliyeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Vəliyev tutulub.