Azərbaycanda varlıların toyundakı nəhəng tortların qiyməti şoka saldı - VİDEO

MARAQLI
16:46 23.06.2023
1053
Aparıcı Elgiz Əkbər yeni açıqlaması ilə gündəmə gəlib. 

AZXEBER.COM xəbər verir ki, o, aparıcısı olduğu "Elgizlə izlə" proqramında toylardan birində təsadüfən əlinə düşən siyahıda nəhəng tortların qiymətini gördüyünü deyib.

Elgiz Əkbər həmin tortların qiymətinin 20-25 000 AZN arasında olduğunu bildirib: 

"Toy siyahısına baxırdım. Varlı adamların toylarında gələn nəhəng tortların qiyməti 20-25 000 AZN imiş... 25 000 AZN-ə də tort olar? İki kiloqram qızılın qiymətinə bərabərdir".

Elgiz Əkbərin bu sözləri studiyadakı ekspertləri şoka salıb. Onlar tortun bu qədər bahalı qiymətə olmasına etiraz ediblər. 
 

OXŞAR XƏBƏRLƏR