Azərbaycanda vətəndaşlar hökumət qərarlarında daha yaxından iştirak edəcək

DÜNYA
13:56 02.04.2013
1169

"Vətəndaş iştirakçılığı" haqqında qanun layihəsinin son ictimai müzakirəsi keçirilib. 

AZXEBER.COM-un məlumatına görə, sənəd aprelin 5-də Milli Məclisdə müzakirəyə çıxarılacaq. Qanun layihəsi qəbul olunacağı təqdirdə vətəndaşlarla məsləhətləşmələr aparmaq üçün Azərbaycan Hökümətinə ictimai şura, ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi və ekspertizası kimi vasitələrdən istifadə etmək imkanı yaranacaq.QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, qanun qəbul olunandan sonra hökümət qərarlarında vətəndaşlar, bələdiyyələr daha yaxından iştirak edəcəklər. Birbaşa vətəndaşlar tərəfindən qərarlar qəbul ediləcək.

OXŞAR XƏBƏRLƏR