Azərbaycanda vəzifəli şəxs itkin düşüb: polis onu axtarır

Azərbaycanda vəzifəli şəxs itkin düşüb: polis onu axtarır
SOSİAL
10:23 15.08.2017
4161

 

"Aqrolizinq” ASC-nin Şabran filialının qeyri-rəsmi hesabdarı Əmirsoltan Əhmədov 10 gün əvvəl itkin düşüb. 

AZXEBER.COM  xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, 6 uşaq atası olan 1963-cü il təvəllüdlü Ə.Əhmədov avqustun 4-də səhər Şabranın Ağalıq kəndindəki evindən işə getmək adı ilə çıxıb. Amma geri qayıtmayıb. Ə.Əhmədovun yaxınları onun itkin düşməsi ilə bağlı Şabran rayon Polis İdarəsinə məlumat veriblər. Şabran rayon Polis İdarəsindən deyiblər ki, hazırda Ə.Əhmədovun axtarışları davam etdirilir.

"Aqrolizinq” ASC-nin Şabran filialının müdiri Radik Məmmədov deyib ki, Ə.Əhmədov onun yaxınlarının iddia etdiyi kimi avqustun 4-də işə getməyib. R.Məmmədov Ə.Əhmədovun itkin düşməsi ilə bağlı bunları bildirib: "Avqustun 4-də Əmirsoltan kənddə olub, amma işə gəlməyib. O çox yaxşı kişi idi. Onun evində nəsə problemləri vardı. Hüquq mühafizə orqanları onu 7 gündür ki, axtarırlar. O bizdə gözətçi kimi işə götürülüb, mühasib kimi kömək edirdi. Bizdə ümumiyətlə mühasib ştatı yoxdur. O, saymağa, yazmağa kömək edirdi. Bizim hesabımız yoxdur ki, mühasibimiz də olsun. Biz camaata əkin-biçinlə bağlı kömək edirik, texnika veririk. Onun qızının toyu olmalı idi, görünür nəsə problem olub”.

Ə.Əhmədovun qardaşı Famil Əhmədov isə qardaşı itkin düşməzdən bir gün öncə ona müəmmalı zəng gəldiyini deyib: "Qardaşım avqustun 3-də bacımın evində oturub söhbət ediblər. Deyib-gülüblər. Ona zəng gəlib. Bundan sonra onun vəziyyəti 180 dərəcə dəyişib. Həmin nömrə də telefonundan silinib.

İtəndən 4 gün sonra mənim özümə dedilər ki, qardaşını Xaçmazda, filan kafedə görənlər olub. Polislə həmin kafeyə də getdik. Orada yemək paylayan xanım da təsdiqlədi ki, qardaşımı görüb. 

Bir başqa xanım da var, onunla dostluq edib, onu da polis çağırıb dindirib, o da deyib ki, Əmirsoltanı görməyib”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi