Azərbaycanda vəzifəli şəxs xidməti maşını ilə qəza etdi - ağır yaralandı

SOSİAL
11:32 27.02.2019
4228
Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi yol qəzasında ağır yaralanıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Novxanı qəsəbəsində baş verib.

Belə ki, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev idarə etdiyi xidməti avtomobili ilə hərəkətdə olan zamanı idarəetməni itirib və avtomobil beton maneəyə çırpılıb. 

Qəza zamanı Ə.Əmirəliyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

 


OXŞAR XƏBƏRLƏR