Azərbaycanda övladı ölən ata həkimi döydü

Azərbaycanda övladı ölən ata həkimi döydü
SOSİAL
15:11 23.05.2022
391
Azərbaycanda doqquz yaşlı uşaq faciəvi şəkildə ölüb.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə Lənkəran rayonu, Beleton kəndində qeydə alınıb. Kənd sakini 9 yaşlı Nemət Quluzadə yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb.

Qardaşı tərəfindən təcili xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun atası Zöhrab Quluzadə buna görə rayon xəstəxanasının həkimi Cəmil İbadullayevi döyüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR