Azərbaycanda övladına tərbiyə verə bilməyən 120 valideyn cəzalandırıldı

Azərbaycanda övladına tərbiyə verə bilməyən 120 valideyn cəzalandırıldı
SOSİAL
18:34 16.04.2021
377
Azərbaycanda 2020-ci ildə uşaq əməyinin istismarına dair faktlar aşkarlanıb.

AZXEBER.COM-un məlumatına əsasən, bu barədə İnsan alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2020-ci il üzrə illik məlumatında rəqəmlər açıqlanıb.

Hesabata əsasən, ötən il küçələrdə dilənçilik edən 370 uşaq aşkar edilib. 

Övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Qeyd edək ki, hesabat Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.
OXŞAR XƏBƏRLƏR