Azərbaycanda övladlarının harınlığına görə vəzifədən qovulan məmurlar – SİYAHI

Azərbaycanda övladlarının harınlığına görə vəzifədən qovulan məmurlar – SİYAHI
SOSİAL
14:40 05.10.2018
16124
Məmurların təkcə özləri ilə bağlı deyil, onların övladları barədə məlumatlar da hər zaman ictimaiyyətin diqqət mərkəzində olur. Bəzi məmur övladları valideynlərinin başını uca tutsalar da, etdiyi çirkin əmələ görə nəniki özünü, yüksək vəzifə daşıyan atasını da böyük təhlükə altına atan övladlar az deyil.

AZXEBER.COM övladına görə, övladlarına görə vəzifəsini itirən məmurlarla bağlı araşdırma aparıb.

Bu mövzu Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun vəzifədən azad edilməsi ilə yenidən gündəmə gələrək aktuallıq qazandı. 

Onun ikinci dəfə ailə həyatı quran qızı Ayselə 400 min dollarlıq toy etməsi ciddi rezonans doğurdu. Paytaxtdakı liftlərin işləməsinə cavabdeh olan məmurun bu qədər pulu haradan əldə etməsi ciddi suallar yaratdı. Bu informasiya yayıldıqdan sonra dəfələrlə Q.Şükürovun vəzifədən azad ediləcəyi gözlənilsə də, bu baş vermədi. Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediləndən və öz yerini faktiki olaraq Eldar Əzizova verəndən sonra Qüdrət Şükürovla bağlı gözlənilən qərar elan olundu. Hətta rəhbərlik etdiyi qurumun fəaliyyətində ciddi yoxlamalara start verildi. Məsələnin hansı sonluqla bitəcəyi, Qüdrət Şükürovla bağlı hansı hüquqi qərar veriləcəyi hələ dəqiq deyil, yəni zaman məsələsidir. Ancaq fakt odur ki, Şükürov artıq idarə rəisi deyil.

Övladına görə, vəzifəsini itirən məmurlardan biri sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun oğlu Vüqarla İsmayıllı sakinləri arasında yaranan gərginlik pik həddə çatdı və eks nazirin oğluna məxsus "Çıraq” oteli və onun bir neçə bahal avtomobil yandırıldı. Bundan sonra F.Ələkbərov da nazir vəzifəsi ilə vidalaşmalı oldu. Bu hadisədən sonra İsmayıllı rayon icra başçısı işləyən Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov da vəzifəsindən azad olundu.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb oldu. Şəxsinə aid avtomobili yüksək sürətlə idarə edən X.Mədətov xalq artistinin həyat yoldaşı və nəvəsini vurdu. Bundan sonra həbs edilən və bir müddət sonra azadlığa çıxan məmur oğlunun atası Mübariz Mədətov vəzifədən azad edildi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini Novruzəli Orucov da oğlu sarıdan bəxti gətirməyən məmurlardandır. Onun oğlu Rüstəm sürətli idarəetməyə görə, ona irad bildirən avtobus sürücüsünü vəhşicəsinə döyüb. Sürücünün şikayətindən sonra haqqında cinayət işi açılan məmur oğlu həbsə, atası isə istefaya göndərilib.

Vergilər Nazirliyinin sabiq idarə rəisi Fəxrəddin Əliyevin oğlu Məhərrəm Əliyev mübahisə etdiyi şəxslərə "Vinçestr” markalı tüfəngdən atəş açaraq, onlara ağır bədən xəsarətləri yetirib. Bundan sonra məmur oğlu və hadisədə iştirakçı olan dostu həbs edilib, atası Fəxrəddin Əliyev isə vəzifədən azad edilib.
 
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi avtomosil qəzası zamanı iki nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb. Bundan sonra həbs olunan N.Allahverdiyevin babası Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirib. İddialara görə, burada əsas səbəblərdən biri nəvəsinin törətdiyi hadisə olub.

Nərimanovun rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu Elmir maşınla yaşlı qadını vuraraq öldürməsi ilə gündəmə gəlib. Hadisədən sonra Elmir İbadov həbs edilib. Sonradan onun taleyi ilə bağlı heç bir məlumat verilməyib. Mətbuatda bununla bağlı dərc edilmiş informasiyalar sonradan bütün xəbər portallarından naməlum səbəblərdən yığışdırılıb.
 
Maraqlıdır ki, yuxarıda adı sadalanan məmurlardan fərqli olaraq, Şahmar İbadov hələ də vəzifəsinin başındadır.

Azər Niftiyev, 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin Zəncana hücumu zamanı 3 SEPAH hərbçisi öldürülüb
18:13 14.06.2025
İsrailin Zəncana hücumu zamanı 3 SEPAH hərbçisi öldürülüb
İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH
18:00 14.06.2025
İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH
İmişlidə 47 yaşlı kişi ov tüfəngi ilə öldürüldü
17:57 14.06.2025
İmişlidə 47 yaşlı kişi ov tüfəngi ilə öldürüldü
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:41 14.06.2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
17:17 14.06.2025
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
16:57 14.06.2025
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
16:46 14.06.2025
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
16:27 14.06.2025
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
16:11 14.06.2025
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
15:55 14.06.2025
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
15:48 14.06.2025
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
15:24 14.06.2025
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
15:24 14.06.2025
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
15:08 14.06.2025
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
14:52 14.06.2025
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
İranda daha üç nüvə alimi öldürüldü
14:42 14.06.2025
İranda daha üç nüvə alimi öldürüldü