Azərbaycanda "WhatsApp" vasitəsi ilə şok fırıldaqçılıq - VİDEO

Azərbaycanda "WhatsApp" vasitəsi ilə şok fırıldaqçılıq - VİDEO
SOSİAL
10:05 26.04.2021
1016
Son vaxtlar yerli elan saytlarında dələduzluq halları geniş yayılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ARB24-ün "Xəbərlər” proqramında bildirilib.

Məlumata görə, dələduzlar yerli və xarici mobil nömrələr vasitəsi ilə "WhatsApp” üzərindən vətəndaşların elan saytlarına yerləşdirdiyi məhsulla alıcı kimi maraqlanırlar.

Daha sonra isə bu şəxslər məhsulu poçt vasitəsi ilə alacaqlarını bildirərək elan sahibindən Azərpoçtun imitasiya edildiyi linkə daxil olub kart məlumatlarını əlavə etməyi xahiş edir. 

Bundan sonra isə həmin şəxslərin bank kartında olan məbləğ bu dələduzlər tərəfindən mənimsənilir.

Daha ətraflı süjetdə:
 

OXŞAR XƏBƏRLƏR