Azərbaycanda xəstəxanada 6 yaşlı uşaq öldü

SOSİAL
23:37 13.09.2019
10773
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında azyaşlı oğlan uşağı ölüb.

AZXEBER.COM oxu.az-a  istinadən  xəbər verir ki, Yevlax rayonunun Xaldan qəsəbə sakini, 6 yaşlı Dəniz İsmayılov yıxılaraq  ağır xəsarət alıb.

D.İsmayılov yaxınları tərəfindən təcilli olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR