Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.
AZXEBER.COM xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
*** 10:17
Gəncə şəhərində xəstəxanada yanğın olub.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verib.
Əraziyə yanğınsöndürən avtomobillər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır