Azərbaycanda xəyanətə görə öldürülən qadına yas verilmədi

Azərbaycanda xəyanətə görə öldürülən qadına yas verilmədi
SOSİAL
10:39 08.10.2025
1153
Azərbaycanda xəyanətə görə öldürülən qadına yas verilməyib.

Məlumata görə, Şəmkirin Şiştəpə kəndində ər və arvadın yol kənarında mübahisəsi ölümlə nəticələnib.

Kənd sakini 41 yaşlı Röyalə Hacıyevanın ölümündə şübhəli əri 54 yaşlı Arif Hacıyevdir.

Qohumlar iddiaları edir ki, ər və arvad arasında münaqişənin başlamasına səbəb qadının sədaqətsizliyi olub. Hətta məsələ məhkəməyə qədər gedib çıxıb.

Hadisə qeydə alınan vaxt ailənin 17 yaşlı oğlu Ayxan Hacıyev hər iki əli və budundan xəsarət alıb. Ona zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib və o, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə açılan cinayət işi çərçivəsində şübhəli şəxs qismində tutulub.

Məlumata görə, dünyasını dəyişən qadın üçün yas mərasimi təşkil olunmayacaq.
 
milli.az
OXŞAR XƏBƏRLƏR