Bakıda və Abşeron yarımadasının bəzi yerlərində martın 25-i axşam və 27-də arabir yağış yağacağı gözlənilir. Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yağıntının yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.